Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

12:42 - 12 / 05 / 2024
Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

“İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi.

May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu gözəl tarixi hadisə münasibətlə şuşalıları təbrik edən dövlət başçısı sakinlər qarşısında çıxış edərək bir daha bildirdi ki, 2003-2020-ci illər ərzində torpaqlarımızı işğaldan azad etmək və bütün keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün ciddi hazırlıq işləri aparıldı, ölkənin iqtisadiyyatı gücləndirildi, möhtəşəm ordu potensialı yaradıldı. Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi. Azərbaycan xalqı göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq sayəsində bütün dünya xalqlarının hörmətini qazanıb.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Prezident İlham Əliyevin uzun illər ərzində torpaqlarımızın işğaldan sülh yolu ilə azad olunması üçün bütün vasitələrdən istifadə etdiyini xatırladıb: “Ermənilər hesab edirdilər ki, onlar Azərbaycan torpaqlarını əbədi işğalda saxlaya biləcəklər. Onlarda bu əminliyin yaranmasında ermənilərin havadarlarının, daha dəqiq desək, Cənubi Qafqazda öz maraqları naminə Ermənistanı marionet ölkə kimi yönəldən qüvvələrin də böyük rolu olmuşdu. Lakin nə onların təhrikləri, nə də ermənilərin öz “məğlubedilməzlikləri” barədə miflərə inanmaları nəticə verdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və öz haqqını döyüş meydanında bərpa etdi. Vətən müharibəsinin gedişində məhz Şuşanın azad edilməsi müstəsna əhəmiyyət kəsb edən qələbə oldu. Dövlət başçımızın dediyi kimi, bu qələbə düşmənin belini qırdı. Məhz Şuşanın azad edilməsindən sonra ermənilər anladılar ki, daha müqavimət göstərmək iqtidarında deyillər və ondan sonra, 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”

K.Qafarov bir faktı da qeyd edib ki, Prezident İlham Əliyev Şuşasız qələbəmizin tam olmayacağı fikrini daim ön plana çəkirdi: “Dövlət başçımız Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində davamlı olaraq dünyanın aparıcı media qurumlarına müsahibələr verirdi. Bu müsahibələrdən birinin gedişində cənab Prezident qəti və birmənalı olaraq bildirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Artıq bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan hərbi əməliyyatlar dayanmayacaq. Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Daha sonra- keçən ilin sentyabr ayında Azərbaycan heç bir kənar qüvvə ilə hesablaşmadan keçirdiyi antiterror əməliyyatı nəticəsində öz tarixi, əzəli torpaqlarını işğalçılardan azad etdi. Dünya bir daha dövlətimizin gücünü, Azərbaycan Prezidentinin yenilməz siyasi iradəsini gördü. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu gün Şuşanın yeni tarixi yazılır. Bu gün bütün dünya cənab Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa etdiyi müraciətində Şuşanın dirçəldiləcəyi barədə dediyi sözlərin necə gerçəkliyə çevrildiyinin şahididir”.

Paylaş:
219

Son xəbərlər

Sabah məzun olacaq şagidlərin sayı açıqlandı13 / 06 / 2024, 18:24Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb13 / 06 / 2024, 17:55NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir13 / 06 / 2024, 17:49Azyaşlı sosial şəbəkələrdə əxlaqsız görüntülərini paylaşan anasından alınıb, sığınacağa yerləşdirilib13 / 06 / 2024, 17:33Oğurlanan 340 min manatla estetik əməliyyat etdirdilər, maşınlar aldılar - Saxlanılanlar var - VİDEO13 / 06 / 2024, 17:02İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib13 / 06 / 2024, 16:27ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edir13 / 06 / 2024, 16:21Aparıcı Çinarə Əliyeva övladını itirməsilə bağlı paylaşım edib13 / 06 / 2024, 16:20İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub13 / 06 / 2024, 16:14Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilib13 / 06 / 2024, 16:01Bakıda dönərxanada yanğın olub13 / 06 / 2024, 15:36Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirib13 / 06 / 2024, 15:22Yevlax və Mingəçevirdə su basmış ərazilərdə tədbirlər görülüb - VİDEO13 / 06 / 2024, 15:00Bakıda yeni parklar salınacaq - FOTO13 / 06 / 2024, 14:40Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilib13 / 06 / 2024, 14:28AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTO13 / 06 / 2024, 14:20Prezident Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib - FOTO13 / 06 / 2024, 14:05Silk Way West Airlines Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçirib13 / 06 / 2024, 13:42Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEO13 / 06 / 2024, 13:22DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edib13 / 06 / 2024, 12:57
Bütün xəbərlər